18/03/2019 18:43
728 x 90

“Nikoyl” bankın səlahiyyət həddini aşan vəzifəli şəxsləri müttəhimlər kürsüsündə...

img

“Nikoyl” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bəlli olub ki, filialın müdiri Ruslan Talıbov filialın digər vəzifəli şəxsləriVüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırovla qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib və heç bir biznes fəaliyyətlərinin olmadığı, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsini təmin edib, qarşılığında onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi təkrarən alıblar. Həmçinin vəzifə saxtakarlığı edərək bankın işçilərinin məzmununda yalan məlumatlar olan biznes kreditini rəsmiləşdirməsinə nail olan adıçəkilən şəxslər bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəyib.

Bundan başqa, istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kreditlə aldığı 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı altında ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma)və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs, N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Son xəbərlər