17/02/2019 20:57
728 x 90

Lənkəranda narkotik daşıyıcısı, Buzovnada qadınlara qarşı quldurluq edən şəxs tutuldu

img

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbarda gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkar edilərək götürülüb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun  içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş  Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanıb.

Ətrafında aparılmış tədbirlərlə saxlanan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq  yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə yanvarın 19-da Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub.

Dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən  Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə müəyyən edilərək polis əməkdaşları tərəfindəın saxlanıb.

Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompyuter oğurlaması da müəyyən edilib. 

Hər üç faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər