17/02/2019 21:01
728 x 90

Bakıda 5 dəfə məhkum olunan şəxsdən “Makarov” markalı tapança aşkar edildi - FOTO

img

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əllərdə qanunsuz saxlanan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat keçirib.

Bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov polislər tərəfindən saxlanıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 40-cı Polis Bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Son xəbərlər