23/02/2019 05:39
728 x 90

Sabirabadda su qurğuları oğurlayanlar tutuldu

img

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə,  fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney PB-yə ərizə ilə müraciət edərək ona məxsus 1ədəd su qurğusunun oğurlanması barədə məlumat verib. 

Məlumatla əlaqədar Qaragüney Polis Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanıb. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. 
Belə ki, onların müxtəlif vaxtlarda  ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib. Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər