23/02/2019 05:46
728 x 90

Polis külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxardı – Xaçmazda, Göyçayda, Şirvanda...

img

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fevralın 9-10-da keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuananı qanunsuz dövriyyədən çıxarıb. 

Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanıb. Onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb.

Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini, 47 yaşlı Dildar İsmayılov saxlanıb. Onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 21,246 qram qram heroin aşkar edilərək götürülüb.

Saxlanan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər