23/02/2019 05:42
728 x 90

Polis evləri soyan, su nasosları, elektrik naqilləri oğurlayan şəxslərə aman vermədi

img

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə fevralın 2-nə keçən gecə Ağcabədi şəhərindəki evlərin birindən  oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini olan 84 yaşlı qadının evinə basqın edən 2 nəfərin onu döyərək oradan 3000 manat pul aparmaları müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb. İstintaq aparılır.

**

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 4 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanıb.

Araşdırma aparılır.

**

Fevralın 7-də Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən 8 ədəd transformator başlığının və 40 metr elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri V.Nuriyev, X.Hüseynov və S.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.

Araşdırma aparılır. 

Son xəbərlər