17/02/2019 20:57
728 x 90

Xırda xuliqanlar, uşaqlara tütün-alkohol satanlar – Bakıda...

img

Fevralın 6-da Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Yasamal rayonu ərazisində növbəti reyd keçirib. 

Reydlər nəticəsində rayon ərazisində yerləşən köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkohollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

**

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib. 

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.

Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Araşdırma aparılır. 

Son xəbərlər