23/02/2019 05:48
728 x 90

Cahangir Hacıyev: "Dünyamin Xəlilov mənim tapşırığımla müəyyən layihələrə nəzarət edirdi"

img

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun qohumu İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sərbəst ifadə verən təqsirləndirilən C.Hacıyev ona qarşı irəli sürülmüş ittihamı və ötən məhkəmə iclasında prokurorların elan etdiyi ittihamı qəbul etməyib.

Prokuror sabiq bankirə etiraz edib və hakim C.Hacıyevin sözünü kəsərək ona ittihamın mahiyyəti üzrə danışmasını istəyib.

C.Hacıyev mənimsəmədə günahlandırıldığı 4.7 milyard manat pul barədə danışıb: "Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar. Onlar ancaq ittiham hissə ilə tanış olublar. Xahiş edirəm ki, göstərərdiz görək həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya mən həmin pullarla şəxsi əmlak almışam. Bankda işlədiyim zaman müavinim vəzifəsində çalışmış Emin Mustafayevin bir şikayəti əsasında barəmdə cinayət işi açılıb".

Prosesdə prokurorun suallarını cavablandıran C.Hacıyev onunla birgə təqsirləndirilən D.Xəlilovu gənc vaxtlarından tanıdığını, lakin keçmiş deputatla heç bir biznes əlaqələrinin olmadığını söyləyib: "Dünyamin Xəlilov mənim tapşırığımla müəyyən layihələrə nəzarət edirdi".

Məhkəmədə elan olunub ki, ittiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir.

Prosesdə fasliə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib.

Son xəbərlər