23/03/2019 01:35
728 x 90

Qadına qarşı soyğunçuluq etdi və…

img

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın yaşadığı evə piyada gedərkən naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq edib və içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən il dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O saxlanaraq istintaqa təhvil verilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər