26/03/2019 23:55
728 x 90

Salyanda silsilə oğurluq edənlər yaxalandı

img

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Salyan rayon sakini Xanhüseyn Heybətov yanvarın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Salyan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Çuxanlı kənd sakinləri Böyükkişi Hacıyev və Elmar Şıxəliyev saxlanıb.

Dindirilmə zamanı saxlanan şəxslər törətdiyi cinayət əməlini etiraf edib. Ətraflarında aparılan araşdırmalar zamanı onların digər oğurluq əməllərində də iştirakının olduğu məlum olub. Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 4 tövlədən 23 baş xırdabuynuzlu heyvanı və marketlərin birindən ümumi dəyəri 2000 manat olan ərzaq və tütün məmulatlarını oğurladıqları məlum olub.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər