26/03/2019 23:57
728 x 90

23 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı

img

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 8-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 4 fakt üzrə çəkisi 23 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.  

Belə ki,  daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının Qaradağ rayonu ərazisində birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlkin Əliyevdən və Rüstəm Kərimlidən çəkisi 8 kiloqram 260 qram tiryək və 6 kiloqram heroin götürülüb.   

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi  əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müzəffər Həsənov narkotik vasitə olan heroini satarkən cinayət başında yaxalanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 3 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar kəndində yaşayan Zəfər Səfərovun evindən 5 kiloqram marixuana və müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xudat şəhər sakini Zaur Əliyevdən 437 qram marixuana götürüb.                                                                                              

Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər