24/01/2019 09:14
728 x 90

Şəmkirdə bir ay ərzində 3 mağazanı və bir neçə avtomobili qarət edən şəxslər ələ keçdi - FOTO

img

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, 30 dekabr 2018-ci il tarixdə gecə saat 02:00 radələrində Şəmkir şəhərində yerləşən mağazalardan birində oğurluq hadisəsinin baş verməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mağazadan ümumilikdə 1400 manat dəyərində tütün məmulatları, enerji içkiləri, nağd pul vəsati oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Mətləb Həsənov saxlanıb. Ətrafında aparılan araşdırmalar zamanı müəyyən edilib ki, M.Həsənov bir nəfər yeniyetmə ilə birlikdə ötən ilin dekabr ayının əvvəllərindən rayonun müxtəlif ərazilərində silsilə oğurluqlar törədib. Onlar pul, spirtli içki, tütün məmulatları, televizor və digər əşyaları oğurlayıblar. M.Həsənovun oğurladığı tütün məmulatlarının bir qismi yaşadığı evin zirzəmisindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanan şəxs oğurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində tanımadıqları şəxsə satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf edib.

Əməlinə görə peşman olan Mətləb Həsənovun başqa cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Eşqin QASIMOV
Polis leytenantı

Son xəbərlər