26/03/2019 23:56
728 x 90

Narkotiki dəmir boruda gizlətmişdi – “xeyrini gördü”... - FOTO

img

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yanvarın 7-də Xaçmaz RPŞ-nin Xudat PB əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xudat şəhər sakini, 35 yaşlı Zaur Əliyev saxlanıb. RPŞ-nin əməkdaşları tərəfindən Z.Əliyevin üzərinə keçirilən baxış zamanı ondan bir ədəd kağız bükümdə çəkisi 1,378 qram olan qurudulmuş marixuana aşkar edilib.

Zaur Əliyevin ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində yerləşən evinin yaxınlığında narkotik maddə gizlətdiyi də məlum olub. Hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı orada yerləşən dəmir borunun içərisindən sellofan torbada ümumi çəkisi 435 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Z.Əliyev narkotik vasitələrinin istifadəçisi olduğunu və aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün gizlətdiyini bildirib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər