23/03/2019 01:33
728 x 90

Saatlıda qanunsuz ov edənlər saxlandı - FOTO

img

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən saxlanıb.

Araşdırmalarla onların Fizuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib. Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.

Araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər