23/03/2019 01:35
728 x 90

Həm istifadə edir, həm də satırdı... - FOTO

img

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Müqtədir qəsəbə sakini Serqey Yudin saxlanıb. Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 1 ədəd sellofan torbada 450 qram qurudulmuş marixuana, 4 ədəd sellofan və 7 ədəd siqaret kağızı bükümdə ümumi çəkisi 2 qrama yaxın olan heroin, 1 ədəd sellofan bükümdə 10 qram tiryək və 6 ədəd şpris aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanan şəxs narkotik vasitələrinin istifadəçisi olduğunu, evindən aşkar olunan narkotik maddələri şəxsi istifadəsi üçün, həmçinin satış məqsədi ilə saxladığını bildirib. O, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər