15/12/2018 16:09
728 x 90

Naməlum avtomobil küçəsüpürən qadını reanimasiyalıq etdi...

img

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Trend”-in məlumatına görə, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Xəstəxanadan agentliyə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər