11/12/2018 11:53
728 x 90

Cəlilabad rayon sakini olan narkobaron və ona məxsus narkotik maddələri satan şəxs saxlanıb - FOTO

img

Daxili işlər orqanları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti əməliyyat keçirib.

Belə ki, daxil olmuş məlumat əsasında Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Ceyhun Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanıb. Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün hazır qablaşdırılmış formada 34 ədəd bükümdə ümumi çəkisi 15 qrama yaxın heroin, həmçinin 2 büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq C.Məmmədovun Xətai rayonunda kirayədə yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 445 qram heoin, 47,666 qram metamfetamin, 1,709 qram marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanan şəxs ifadəsində olan narkotik vasitələri Zaur adlı şəxsdən satmaq məqsədilə 10000 manata aldığını bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən əlavə əməliyyat nəticəsində həmin şəxs - Cəlilabad rayon sakini Zaur Məmmədov Qaradağ rayonu ərazisində saxlanaraq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 525 qram narkotik vasitə olan heroin, 50,125 qram tiryək və 31,020 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, əməliyyat tədbirləri davam etdirilir.

Dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov “Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş “Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə 2-ci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi doplomla təltif edilib.

Son xəbərlər