15/12/2018 16:09
728 x 90

Təbiətə ziyan vuranlar aşkar edildi – polisin köməyilə… - FOTO

img

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq ovlanması və balıq məmulatlarının qanunsuz mənimsənilməsi, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktik tədbirləri uğurla davam etdirir.

Su Nəqliyyatında  Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu ərazisində keçirilən reydlər nəticəsində 3 ədəd öv tüfəngi, 38 ədəd patron və 2 ədəd “Qırmızı kitab”a düşmüş “Turac” quşu götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

İdarə əməkdaşları tərəfindən dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətrafında  tullantılar olan bir neçə obyektlə də bağlı müvafiq tədbirlər görülüb. 

Polis əməkdaşları tərəfindən sahilkənarı kafe və restoran sahibləri ilə ətraf mühitin qorunması, təmizliyə riayət olunması mövzusunda mütəmadi olaraq profilaktik söhbətlər aparılır.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər