11/12/2018 11:45
728 x 90

Tozsoranın içərisində psixotrop maddə keçirmək istədi...

img

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən “Mercedes-Benz” markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Əl yükünə baxış zamanı, “Fantom” markalı tozsoranın içərisindən sellofan paketdə külli miqdarda,təsiredici maddəsinin miqdarı 145,05 qram təşkil edən 967 həb MDMA (ekstazi) psixotrop maddəsi aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən başlanan cinayət işi çərçivəsində həmin psixotrop maddəni götürmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn 3 nəfər Azərbaycan Respublikası vətəndaşı da saxlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin təqsirini sübut edən kifayət qədər dəlillər toplanıldığı üçün onlar şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayətkar qrupun əlaqələrinin aşkara çıxarılması, təqsirləndirilən şəxslərin başqa cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, cinayətlərin törədilməsində iştirakı olan digər şəxslərin, o cümlədən aşkar edilən psixotrop maddələrin Azərbaycan Respublikasında kimlərin vasitəsilə və haralarda realizə ediləcəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Son xəbərlər