11/12/2018 11:45
728 x 90

Gömrük Komitəsinə məlumat daxil oldu ki, İrandan…

img

Cənub Ərazi  Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq  yolu ilə narkotik vasitələrin  gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi  əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanıb və ondan  şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə  satmaq istədiyi, 5 ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək  aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər