19/11/2018 18:26
728 x 90

Gözəllik salonlarını və qadınların çox olduğu məkanları oğurluq obyekti kimi seçmişdilər... - FOTO

img

Səbail rayonunda yerləşən gözəllik salonlarından birindən orada müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb. Zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanıb və o, ifadəsində oğurluq etdiyini etiraf edib.

Saxlanan şəxsin ərtafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub. Qeyd edək ki, G.Novruzova əsasən qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq, orada digər şəxslərin şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.

Qeyd olunan faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.

Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya  Səbail Rayon Polis İdarəsi, eləcə də 39-cu Polis Bölməsinə müraciət edə bilər.

Son xəbərlər