19/11/2018 16:12
728 x 90

Mütəşəkkil dəstə Sumqayıtda maşınları oğurlayıb ban nömrələrini dəyişir, ehtiyat hissələrini satırdı – polisin uğurlu əməliyyatına qədər... - FOTO

img

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi uğurlu əməliyyat tədbiri nəticəsində maşın oğurluğu ilə məşğul olan və ələ keçirdikləri nəqliyyat vasitələrinin ban nömrələrini dəyişərək, eləcə də ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

Keçirilən əməliyyat nəticəsində bu qrupun üzvləri əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanaraq istintaqa təqdim olunub. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan Y.İmanov və R.Nağıyev Sumqayıt şəhəri və ətraf ərazilərdən ümulikdə ayrı-ayrı vətəndaşlara məxsus 6 nəqliyyat vasitəsi oğurlayıb.

Əsasən “VAZ” və “Tofaş” markalı nəqliyyat vasitələrini qaçıran dəstə üzvləri əldə etdikləri avtomobilləri C.Əliheydərovun Biləcəri qəsəbəsində yerləşən evinin həyətinə gətiriblər. Burada isə C. Əliheydərov maşınların ban nömrələrini dəyişib. Bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb. C.Əliyehdərovun yaşadığı evin həyətinə baxış keçirilən zaman orada gizlədilən oğurluq avtomobillərin ehtiyat hissələri, çoxlu sayda avtomobil qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkar olunaraq maddi sübut kimi götürülüb.

Oğurlanan avtomobillərdən ikisi dəyərindən aşağı qiymətə qanunsuz olaraq müxtəlif şəxslərə satılıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin davamı olaraq həmin şəxslər, paytaxt sakinləri  Mahmud Həsənov və dəstə üzvü C.Əliheydərovun kürəkəni  Füzuli Rəcəbov da saxlanaraq məsuliyyətə cəlb edilib. Hər iki şəxs aldıqları avtomobillərin oğurluq olduğunu əvvəlcədən bilib. Qeyd edək ki, oğurluq maşınları alan şəxslərdən biri - F.Rəcəbov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd edib. Onun idarə etdiyi nəqliyyat vasitəsinə və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə olan “Metamfetamin”, 1 ədəd küstar üsulla hazırlanan bıçaq və göz yaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.

Son xəbərlər