17/12/2018 09:55
728 x 90

Bu da avtomobillərdən oğurluq edənlərin aqibəti...

img

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanıb.

Paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciətlər daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “İsuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyən edilərək saxlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər