21/10/2018 08:32
728 x 90

“Jiquli”ni qaçırmasaydı...

img

Oktyabrın 8-də saat 23 radələrində Quba rayon sakini Elvin Məmmədovun “VAZ-2103” markalı avtomobilinin Birinci Nügədi kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanıb. Qısa müddətdə avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Pərviz Məmmədov polis əməkdaşları tərəfindən saxlanıb. Avtomobil onun həyətində aşkar edilib.

Cari il avqust ayının 2-dən oktyabrın 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun “Chevrolet” markalı avtomobilinin  oğurlanması barədə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rəfayel Şərifli olduqları müəyyən edilib. 

Faktlarla bağlı araşdırmalar aparılır.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər