25/09/2018 05:55
728 x 90

Yabanı halda bitmiş çətənə kolları məhv edildi – Qubada...

img

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Püstəqasım kəndi ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş, hündürlüyü 90-150 sm olan 22 ədəd çətənə kolu aşkar edilib.

Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.

Nizam HƏMİDOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər