25/09/2018 21:50
728 x 90

Evində narkotik tərkibli bitkilər yetişdirən Şəki sakini tutuldu - FOTO

img

Şəki Şəhər Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qaydada qulluq edilərək yetişdirilmiş  4 ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulmuş gövdələri və 3 kq 246 qr qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.

Mahir Məsimov
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər