24/09/2018 04:28
728 x 90

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

img

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən  narkotik vasitələrin qanunsuz dövriyyəsi,  həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şıxsalahlı kənd sakini Mədət Hacıyev saxlanıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman  kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər