21/11/2018 06:37
728 x 90

Motosiklet oğruları “isti izlər”lə saxlandı - FOTO

img

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edən Moranlı  kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Qaragüney PB-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı, Əli Əliyev və  Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.

Dindirilmə zamanı hər üç şəxs törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Toğrul NƏSİRLİ,
polis leytenantı

Son xəbərlər