23/09/2018 03:27
728 x 90

Şirvan sakinindən narkotik götürüldü

img

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
ŞPŞ-nin əməkdaşlarının keçirdiyi  uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini  əvvəllər məhkum olunmuş 49 yaşlı Arif Məmmədov saxlanıb.

Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman yarımtikilidə  kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı Şirvan ŞPŞ-də  araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər