18/11/2018 10:39
728 x 90

Şəkidə 10 tona yaxın narkotik tərkibli bitki məhv edildi - FOTO

img

“Xaş-xaş 2018” əməliyyat-axtarış  və profilaktiki tədbirlər planına uyğun olaraq  Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayonunun Aşağı Daşağıl kəndində vətəndaşa məxsus  2,5 ha  pay torpaq sahəsində ümumi çəkisi 10 tona yaxın 31 270 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən  aşkar olunaraq yandırılma yolu ilə məhv edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Mahir Məsimov
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər