16/11/2018 22:55
728 x 90

Qubada antinarkotik tədbirləri... - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Quba şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Məlikov saxlanıb.

Hal şahidlərinin iştirakı ilə Rauf Məlikovun üzərinə baxış keçirilən zaman onun əlindəki sellofan torbada ümumi çəkisi 200 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Xaçmaz rayon İdrisoba kənd sakini, əvvəllər məhkum olunmuş Elman Çobanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 3,147 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Nizam Həmidov
polis leytenantı

Son xəbərlər