21/11/2018 06:38
728 x 90

Xaçmaz sakinini intihar cəhdinə vadar edənlər tutuldu

img

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərinn qarşısının alınması və   bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. 

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanaraq polis şöbəsinə gətirilib. Saxlanan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığından o pulu ödəyə bilməyib, bu zaman isə saxlanan şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək onu özünü oldürmə həddinə çatdırıblar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

Saxlanan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etmədikləri araşdırılır.

Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İB-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nizam HƏMİDOV
polis leytenantı

Son xəbərlər