23/09/2018 03:34
728 x 90

Xaçmazda əxlaqsızlıq yuvası ifşa edildi

img

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kəndi ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.

Avqustun 25-də gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə  əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanıb. 

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Nizam HƏMİDOV
polis leytenantı

Son xəbərlər