18/11/2018 23:18
728 x 90

Narkotiki binanın zirzəmisində gizlətmişdi – Cəlilabad olayı... - FOTO

img

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad şəhər sakini Fərhad Mikayılov saxlanıb. Araşdırmalarla onun külli miqdarda narkotik vasitəni şəhərin Qurtuluş küçəsindəki çoxmənzilli binanın zirzəmisində gizlətdiyi müəyyən edilib. Orada gizlətmiş olduğu 4 bükümdə, ümumi çəkisi 3 kiloqram 770 qram olan narkotik maddə tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Məhəmməd RZAYEV
polis leytenantı

Son xəbərlər