25/09/2018 21:50
728 x 90

Bakı sakini qonşusu olan Pakistan vətəndaşının evindən oğurluq etdi - FOTO

img

Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. Şöbəyə məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanıb. Araşdırma zamanı məlum olub ki, Q.Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayır. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını əvvəlcədən bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmadığına əmin olandan sonra oğurluq məqsədilə mənzilə daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin əməllərindən zərər çəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verə bilər.

Son xəbərlər