17/10/2018 01:34
728 x 90

Xudatda cinayətlərin açılma göstəricisi 100 faizdir - FOTO

img

Xudat şəhəri şimal bölgəsinin turizm məkanı kimi tanınır. Şəhərin zəngin təbiəti yay aylarında bura gələn turistlərin artmasına səbəb olur. Təmiz havası, zümrüd meşələri və dəniz sahilləri gələn turistləri özünə cəlb edir.

Yay aylarında yerli və əcnəbi turistlərin çox olması səbəbilə Xudat şəhərində xidmət edən Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. İstirahətə gələn hər bir qonağın təhlükəsizliyinə cavadeh olan polislərimiz ərazidə sayıq xidmət aparır, turistlərin qarşılaşacağı hər hansı bir problemin tez bir zamanda həll olunmasında öz köməkliklərini göstərirlər.

Sizlərə qonaqlı-qaralı Xudat şəhərində xidmət aparan Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsi haqda söhbət açmaq istəyirəm. Rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən Xudat şəhəri dəniz sahili və meşəlik ərazilərlə əhatə olunub. Polis Bölməsinə şəhər mərkəzi, 10 kənd və 1 qəsəbə daxildir. Xidməti ərazidə 35 mindən çox sakin yaşayır. PB daxilində Növbətçi Hissə, Müvəqqəti Saxlama Yeri, akt zalı, eləcə də əməkdaşların normal çalışması üçün bütün şəraitlə cavab verən otaqlar mövcuddur. Bundan əlavə, bölməyə müasir xidməti avtomobillər də təhkim olunub.  

Polis Bölməsinin xidmətindən söhbət açan Bölmə rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Hacıyev xidməti ərazidə vətəndaş məmnunluğunun təmini istiqamətində görülən tədbirlərdən danışdı. O bildirdi ki, əməkdaşlar şəhər, qəsəbə və dəniz sahillərində avtopatrul xidmətini yerinə yetirir, mərkəz və sahil ərazilərində postlarda ayıq xidmət apalırır ki, bu da istirahətə gələn turistlərin təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır.

Əsasən yay turizminin inkişaf etdiyi Xudat şəhərində yerləşən Müqtədir və Nabran istirahət zonalarında gündəlik naryadlar ayrılır. Bura gələn turistlər özlərinin təhlükəsizliklərinə əmin olduqlarını və onlara göstərilən qayğıdan məmnunluqlarını bildirirlər.

Xaspolad Həmzəyev də polislərimizin xidmətini yüksək qiymətləndirən turistlərdəndir. Yay aylarında ailəsilə birlikdə istirahətini Müqtədir qəsəbəsində keçirən qonağımız bölmə əməkdaşlarının buraya gələn qonaqlara göstərdiyi qayğıdan söhbət açdı. Polislərin hər zaman onların rahat istirahətləri ilə maraqlandırlarını, qarşılaşdıqları hər bir problemlərdə isə öz köməkliklərini əsirgəmədiklərini bildirdi. 

Xudat PB-nin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Hacıyev bölmə tərəfindən cari ilin ilk 7 ayı ərzində cinayətkarlıqa qarşı mübarizədə göstərilən xidmətdən də söhbət açdı. Bölmə rəisi bildirdi ki, cinayətlərin açılma göstəricisi 100 faiz təşkil edir. Cari ilin ilk 7 ayı ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 2 kiloqramdan artıq narkotik maddə dövriyyədən çıxarılıb. Axtarışda olan 7 nəfər şəxs də bölmə əməkdaşları tərəfindən saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nizam HƏMİDOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər