13/12/2018 18:08
728 x 90

Cəlilabad polisləri axtarışda olan şəxsi ələ keçirdi...

img

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cari ilin aprel ayında barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə axtarış elan olunmuş Füzuli İbişov saxlanıb.

Aparılan araşdırmalarla onun 2018-ci ilin yanvar ayında həmkəndlisi, rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədova “Kalaşnikov” markalı avtomat satdığı müəyyən edilib. Füzuli İbişovun rayonun Mikayıllı kəndində yerləşən yaşayış evinin həyətindəki yardımçı tikiliyə keçirilən baxış zamanı orada qanunsuz olaraq satış məqsədilə saxladığı 4 kiloqram 160 qramdan artıq narkotik vasitə olan heroin, 6 kiloqram 700 qramdan artıq həşiş qətranı, 5 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Füzuli İbişov Bakı şəhəri ərazisində tutularaq Cəlilabad RPŞ-nin istintaq bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məhəmməd RZAYEV
polis leytenantı

Son xəbərlər