19/07/2018 04:10
728 x 90

57 baş qoyun yol qəzası nəticəsində tələf oldu

img

İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib, 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. 

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər