19/07/2018 04:07
728 x 90

Qohumuna tüfəngdən atəş açmışdı...

img

İyulun 10-na keçən gecə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

İstintaq və əməliyyat tədbirləri ilə V.Babayevin evində qohumu Valeh Hüseynovun tüfəngdən açdığı atəş nəticəsində xəsarət aldığı müəyyən edilib.

Görülmüş tədbirlərlə V.Hüseynov saxlanıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır. 

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər