19/07/2018 04:07
728 x 90

Gədəbəydə meyit tapıldı

img

İyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Həyata keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanaraq istintaqa təhvil verilib. 

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər