17/10/2018 01:30
728 x 90

Hacıqabulda yenə narkotik…

img

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Hacıqabul  Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini Rüstəm Səmədov və Ağdaş rayon sakini Tahir Məmmədov saxlanıb. R.Səmədova məxsus avtomobilə baxış keçirilən zaman oradan ümumi çəkisi 75,174 qram heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxslər narkotik vasitəni Şirvan şəhər sakini Yusif Abbaszadədən aldıqlarını etiraf edib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Y.Abbaszadə saxlanaraq şöbəyə gətirilib.

Saxlanan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işləri başlanıb. Araşdırmalar aparılır.

Son xəbərlər