16/08/2018 13:52
728 x 90

Lerik Polisi xüsusi əməliyyatla külli miqdarda narkotik vasitəni dövriyyədən çıxardı

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, 13 may 2018-ci il tarixində Lerik RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Piran kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara sakini Ələmdar Rəhimov saxlanıb.

Onun üzərinə baxış keçirilərkən əlindəki sellofan torbanın içərisindən 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Ə. Rəhimov üzərindəki narkotik vasitəni satış məqsədilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Lerik Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məhəmməd RZAYEV

polis leytenantı

Son xəbərlər