16/08/2018 13:51
728 x 90

Neftçala sakininin həyətindən 540 ədəd çətənə kolu götürüldü…

img

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Həsənabad qəsəbəsinin sakini Tərlan Həsənov saxlanıb.

Rayon Mühafizə Bölməsinin əməkdaşları ilə birgə ona məxsus həyətyanı sahəyə baxış keçirilərkən oradan kultivasiya yolu ilə yetişdirilmiş 540 ədəd çətənə kolu aşkar edilib. Əməliyyatın davamı olaraq T.Həsənovun yaşadığı evdən çəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş qoza aşkarlanaraq götürülüb.

Saxlanan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Toğrul NƏSİRLİ

polis leytenantı

 

Son xəbərlər