12/12/2018 19:11
728 x 90

102-yə zəng gəldi və soyğunçuluqda şübhəli bilinən şəxs saxlandı...

img

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər