25/06/2018 17:38
728 x 90

Şabranda meyiti tapılan Elton Əzimovun ölümünün həqiqi səbəbi bilindi

img

Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyitinin tapılması haqda məlumat daxil olub. Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla onun fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğlu olduğu müəyyən edilib.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə E.Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub. Belə ki, Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq üzündən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi onlar barəsində həbs qətimkan tədbirləri seçib. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Nizam HƏMİDOV
polis leytenantı

Son xəbərlər