25/06/2018 17:53
728 x 90

Siyəzənin Həmyə kəndində mal-qara oğurluğunda şübhəli bilinən şəxslər saxlandı - FOTO

img

Siyəzən rayonunun Balaca Həmyə kənd sakini Məmmədpaşa Yarıyev Siyəzən Rayon Polis Bölməsinə ərizə ilə müraciət edərək, martın 4-də kəndin kənarında olan örüş sahəsindən ona məxsus, dəyəri 800 manat olan bir baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə,  müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən iki şəxs saxlanaraq şöbəyə gətirilib. Ətraflarında aparılan araşdırmalarla onların Siyəzən şəhər sakinləri Vüqar Məmmədov və tanışı, əvvəllər məhkum olunmuş Amid Qafarov olduğu müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayəti etiraf edərək,  oğurladıqları heyvanı satdıqlarını bildiriblər.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayətlərinin də üstü açılıb. Belə ki onların  fevralın 5-də həmin kənd ərazisində Eltac Tanrıverdiyevə məxsus, dəyəri 1750 manat olan iribuynuzlu mal-qaranı oğurlayaraq satdıqları məlum olub.

RPŞ-nin əməkdaşları tərəfindən oğurlanan heyvanların satıldığı şəxslər müəyyən edilərək,  mal-qara onlardan götürülüb və zərərçəkmişlərə təhvil verilib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Nizam HƏMİDOV
polis leytenantı

Son xəbərlər