10/12/2018 00:23
728 x 90

Silah oğurlayan şəxslər saxlanıb

img

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib. 

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanıb.

Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyev olduğu müəyyən edilib.

Oğurlanmış tüfənglər polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət işi başlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər