10/12/2018 00:20
728 x 90

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

img

Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində yüksək təsiredici xüsusiyyətə malik olan külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərvinə Əkbərova narkotik vasitə olan heroin satarkən cinayət başında yaxalanıb. Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı oradan əlavə olaraq ümumi çəkisi yarım kiloqrama yaxın marixuana, tiryək, heroin və metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə həmin qadının narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Məmmədzadə də saxlanıb. Onun yaşadığı evdə aparılan  əməliyyat-axtarış tədbirləri zamanı oradan da heroin aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Aran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Məmmədov saxlanıb. Şəxsi axtarış zamanı ondan 496 qram marixuana aşkarm edilərək göütürülüb.

Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktlarla bağlı cinayət işləri başlanıb. 

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər