20/08/2018 06:40
728 x 90

Ədliyyə Nazirliyi Çovdarovun səhhətinin pisləşməsi barədə məlumatlara aydınlıq gətirdi

img

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkilinin onun səhhətində yaranmış problemlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Tibb Baş İdarəsindən APA-ya deyilib ki, A. Çovdarovun vəziyyəti stabildir, o həkim nəzarəti altındadır.

İdarədən onu da bildiriblər ki, A. Çovdarova lazım olan müayinələr və müalicələr aparılır: “Akif Çovdarovun öz istədiyi həkim tərəfindən müayinələri təşkil olunur. Hospital və müalicə müəssisəsinin kardioloq - mütəxəssislərinin mütəmadi müayinələri aparılır. Öz həkimlərinin rəyləri ilə hospital və müalicə müəssisəsinin rəyləri üst-üstə düşür. Akif Çovdarov təyin edilən müalicələri təyinatı üzrə qəbul etdikdə vəziyyəti stabil olur. Hazırda onun vəziyyəti stabil olaraq qalır”.

Qeyd edək ki, A. Çovdarovun vəkili onun səhhətində problemlər olduğu barədə açıqlama verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər