19/11/2018 16:10
728 x 90

Qanunsuz silahlara qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir...

img

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.  

Fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb. Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança,  2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, bu günlərdə Bakı şəhər sakini Rüstəm Məmmədov “Makarov” markalı tapançanı və 13 ədəd patronu Xəzər RPİ-yə, Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq  Sabunçu RPİ 42-ci PB-yə təhvil verib. 

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər